2024-cü ildə baş tutan 18 milyon 541 min 185 yerli turistik səfərin 7 milyon 665 min 649-u və ya ümumi səfərlərin 41.34%-i qohum, dost ziyarəti məqsədi daşıyıb.
Teleqraf.com-un Dövlət Turizm Agentliyinə istinadən xəbərinə görə, ötən il istirahət və əyləncə məqsədilə olan səfərlərin sayı isə 6 milyon 982 min 448 olaraq ümumi səfərlərin 37.67%-i təşkil edib.
Qeyd olunan dövrdə işgüzar səfərlərin sayı isə 1 milyon 444 min 828 olub ki, bu da ümumi səfərlərin 7.79%-i deməkdir.
2024-cü ildə müalicə məqsədli səyahətlərin sayı isə 1 milyon 263 min 585 olub. Bu isə ümumi səfərlərin 6.82%-ni təşkil edir.
Ötən il yerli turistik səfərlərin 586 min 476-sı və ya ümumi səfərlərin 3.16%-i alış-veriş məqsədli olub. Bu səfərlərin 180 min 615-ni və ya 0.97%-ni dini ziyarətlər təşkil edib. Digər məqsədlərlə olan səyahətlərin sayı isə 417 min 584 və ya 2.25% olub.
Xatırladaq ki, 2023-cü illə müqayisədə yerli turistik səfərlərdə 14.5% azalma qeydə alınıb. Qeyd edək ki, 2023-cü ildə yerli turistik səfərlərin sayı 21 milyon 687 min 62 olub.