RU

Karaşev: ABŞ-nin yeni əraziləri birləşdirməsi Rusiyaya faydalıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni əraziləri özünə birləşdirməsi Rusiyanın maraqlarına da uyğun gəlir. Bu barədə Rusiya İctimai Palatasının Koordinasiya Şurasının üzvü Vladimir Karaşev Zaporojye Xəbər Agentliyinə açıqlama verib.

Xatırladaq ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ-yə daxil edilməli olduğunu bildirmişdi. O, adanı almaq istəyindən danışaraq, hərbi güc tətbiq etməyəcəyi ilə bağlı söz verməkdən imtina etmişdi.

Trampın Kanadanı və Panamanı ABŞ-yə birləşdirmək planları da müzakirə olunub.

"Bu qəribə səslənsə də, bizə də faydalıdır. Çünki Tramp qanunları pozaraq və ya bəlkə də pozmayaraq istədiyini - Qrenlandiyanı əldə edir. Biz isə tamamilə qanuni şəkildə tarixi rus torpaqlarını, hazırda müvəqqəti olaraq Ukrayna adlandırılan əraziləri geri qaytarırıq", - deyə Karaşev bildirib.

O əlavə edib ki, böyük ehtimalla 2025-ci ildə dünya xəritəsində dəyişikliklər olacaq.

Bundan əvvəl beynəlxalq hüquq üzrə ekspert Kristian Markssen ABŞ-nin Qrenlandiyaya hücumunun NATO-nun dağılmasına səbəb olacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники