RU

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə təşkil edilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində əyani formada təşkil olunub. Üç saat davam edən imtahanda namizədlər “Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması və liderlik”, “Məktəbəqədər təhsil müəssisələri heyətinin idarə olunması”, “Təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi”, “Məktəbəqədər təhsil müəssisələrində daxili keyfiyyət sisteminin qurulması”, “Sağlamlıq, təhlükəsizlik və rifah”, “Məktəbəqədər təhsil müəssisələrində sənədlərlə iş” modulları üzrə sualları cavablandırıblar.

İmtahan nəticələrinə əsasən hər bir modul üzrə davamiyyət göstəricisi 50 faizdən yuxarı və 6 moduldan ən azı 4-ü üzrə yekun qiymətləndirmə nəticəsi uğurlu olan iştirakçılara “Uğur diplomu” təqdim olunur. Hər bir modul üzrə davamiyyət göstəricisi 50 faizdən yuxarı və 6 moduldan ən azı 1-i üzrə uğurlu nəticə göstərən iştirakçılara isə proqramın “Dinləyici sertifikatı” təqdim olunacaq.

 

Избранный
9
3
azertag.az

5Источники