RU

ABŞ-dəki yanğınlar dünya iqtisadiyatını "alovlandıracaq" - TƏHLİL

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük iqtisadiyyatına malik olmaqla həm daxili, həm də qlobal səviyyədə geniş iqtisadi əlaqələrə malikdir. Bu ölkədə baş verən hadisələr və qəbul edilən qərarlar kimi təbii fəlakətlər də dünya iqtisadiyyatını silkəlyir.  

Son illərdə artan meşə yanğınları ABŞ daxilində deyil, bütün dünyada iqtisadi təsirləri ilə diqqət çəkir.

2025-ci il yanvarın 7-dən başlayaraq Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınları 16,3 min hektar və ya 163 kvadratkilometr ərazini əhatə edib. Meşə yanğınları insan tələfatı ilə nəticələnib. Rəsmi mənbələrə əsasən, bu həftə ərzində 10 mindən çox ev, bina və digər tikililər yanıb, 150 min çox insan təxliyə olunub. ABŞ mətbuatının məlumatına görə, Kaliforniyada 8 milyondan çox insan hazırda yanğınlar üçün yüksək risk zonasındadır. Yanğınlar hələ də yaşayış binalarını məhv etməkdə davam edir və bu prosesin genişlənməsi müşahidə olunur

Dünya üzrə hava proqnozu xidməti göstərən "AccuWeather" davam edən yanğınların səbəb olduğu ümumi zərər və iqtisadi itkilərin 250 milyard dollar ilə 275 milyard dollar arasında olacağını ehtimal edir. Bu, yanğınların yalnız ətraf mühitə deyil, həm də iqtisadiyyata ciddi təsir göstərdiyini bir daha vurğulayır.

Amerikada meşə yanğınları, təbii səbəblərdən (quraqlıq, isti hava dalğaları) və insan fəaliyyətlərindən yaranır. Meşə yanğınlarının ekosistemə olan təsiri dərhal hiss olunur. Milyonlarla ağac və bitki növü məhv olur, təbii həyat mənbələri tükənir. Ekoloji balansın pozulması, torpaqların çirklənməsi və su ehtiyatlarının azalması kimi fəsadlar iqtisadiyyatın müxtəlif sahələrini təsir edir. 

Bu Kaliforniya ştatında son 5 ildə artıq 3-cü böyük yanğındır. 2020-ci ildə baş verən yanğınlarda 58,2 milyon hektar meşə sahəsi məhv olmuşdu. Meşə yanğınları nəticəsində təxminən 16,5 milyard dollar itki yaranmışdı. 2021-ci il yanğınlarında  isə 4,1 milyon hektar meşə sahəsi sıradan çıxmışdı. Yanğınları nəticəsində 8 milyon ton karbon dioksid (CO₂) atmosferə buraxılıb.

Meşə yanğınları təkcə ABŞ iqtisadiyyatını deyil dünya ticarətinə də təsir edir. 2020-ci ildə ABŞ-da meşə yanğınları səbəbindən ağac və odun sənayesində 10 milyard dollar ziyan çəkmişdir. Nəticədə dünya bazarında meşə materiallarının  qiymətləri 30-50 artmışdı. 

Yanğınlar sığorta şirkətləri üçün böyük bir maliyyə yükü yaradır. 2020-ci ildə meşə yanğınları səbəbindən sığorta şirkətləri təxminən 12 milyard dollar ziyanla üzləşmişdi. Nəticədə sığorta haqları 20 faizə qədər artımışdı.
ABŞ-ın meşə yanğınları ilə mübarizəsi qlobal humanitar yardımların 5 faiz artmasına səbəb olmuşdur. 

Meşə yanğınlarının dünya iqtisadiyyatına təsirlərini daha konkret rəqəmlərlə göstərmək çətindir, çünki bu təsirlər çox fərqli sahələrdə baş verir və hər bir yanğın fərqli nəticələrə səbəb olur. Beynəlxalq ekspertlər  hesab edir ki, meşə yanğınları səbəbindən ərzaq məhsullarının qiymətləri ildə təxminən 15  faiz arta bilər.

Meşə yanğınları nəticəsində havaya buraxılan zəhərli tüstü və hissəciklər hər il 10 milyon nəfərdən çox insanın tənəffüs problemləri yaşamasına səbəb olur. bu da dolayısı ilə səhiyyə xərclərinin artması ilə nəticələnir. 

Meşə yanğınları birjalara da mənfi təsir göstərir. Bu cür hadisələr nəticəsində sığorta, əmlak və kənd təsərrüfatı şirkətlərinin səhmlərin qiymətləri enir, Meşə yanğınları nəticəsində yaranan iqtisadi ajiotaj qlobal və yerli bazarlarda investorların risklərdən qorunmaq məqsədilə sərmayələrini götürməyə və ya  diversifikasiya etməyə məcbur edir.  

Meşə yanğınlarının sığorta sektoruna olan təsiri xüsusilə böyükdür. Yanğınların gətirdiyi böyük zərərlər, sığorta şirkətlərinin mütləq ödəməli olduğu məbləğləri artırır. Bu, sığorta bazarının strukturunu dəyişdirə və sığorta haqlarının) artmasına səbəb ola bilər. Fəlakətdən çox sığorta sahəsinə dəymiş ziyan 10 milyardlarla dollar  qiymətləndirilir.  

Yanğınlar turizm obyektlərinin (otellər, restoranlar və s.) məhv olmasına və ya fəaliyyətini dayandırmasına gətirib çıxarır. Meşə yanğınları səbəbindən turizm sektorunun itkiləri 20-30 faiz  artır. 

Meşə yanğınları, hava nəqliyyatı sektoruna da əhəmiyyətli təsir göstərə bilər. Yanğınlar nəticəsində yaranan tüstü və dumanlar hava limanlarında uçuşların gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Uçuşların təxirə salınması və gecikməsi hava limanlarında böyük sıxlıqların yaranmasına, hava yolları şirkətlərində isə maliyyə itkilərinə gətirib çıxara bilər.

Kaliforniya dünya ticarətində mühüm rol oynayan bölgələrdən biridir. Meşə yanğınlarının yaratdığı infrastruktura zərər və istehsalın azalması beynəlxalq ticarətə təsir edə bilər. Bu, həm idxal, həm də ixracat sektorlarında dəyişikliklərə səbəb ola bilər. Məsələn, kənd təsərrüfatı məhsullarının itirilməsi, texnologiya və digər sənaye məhsullarının istehsalında çətinliklər yaratmaqla qlobal ticarət bazarlarında təklif çatışmazlığına yol açar. Bununla yanaşı, yanğınlardan və onların nəticələrindən doğan iqtisadi qeyri-müəyyənliklər, qlobal iqtisadiyyatın müsbət inkişafını əngəlləyərək dünya bazarlarında ticarət balansını poza bilər.

Yanğınlardan yaranan havadakı zəhərli maddələr və tüstü insanların sağlamlığını təhdid edir. Kaliforniya həm yerli sakinlər, həm də turistlər üçün ciddi sağlamlıq riskləri yarada bilər. Havada olan zəhərli hissəciklər, nəfəs alışı ilə əlaqədar problemlər, ürək və ağciyər, astma və digər ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu da qlobal tibbi resurslara əlavə təzyiq gətirə bilər, çünki digər ölkələrdən də kömək tələb oluna bilər.

Избранный
10
modern.az

1Источники