RU

“Liverpul”un sabiq qapıçısı II Bundesliqa klubuna keçib

Bakı, 14 yanvar, AZƏRTAC

İngiltərənin “Liverpul” komandasının sabiq qapıçısı Loris Karius Almaniyanın “Şalke” komandasına keçib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi 31 yaşlı almaniyalı qolkiperlə bu mövsümün sonunadək müqavilə imzalayıb. L.Kariusun son komandası İngiltərə “Nyukasl”ı olub.

Qeyd edək ki, Loris Karius Türkiyə təmsilçisi “Beşiktaş”da da çıxış edib.

Избранный
9
azertag.az

1Источники