RU

Xətai rayonu zibil poliqonuna çevrilib-İcra başçısı isə……

Xətai rayonu ərazisində yerləşən şəhid Ələkbər Əliyev adına 204 saylı məktəbin ətrafında hökm sürən antisanitar vəziyyət valideynlərin narazılığına səbəb olub.

Bununla bağlı şikayət daxil olub.

 

Qeyd edilib ki, hər gün onlarla uşaq bu zibilliyin içindən keçib məktəbə gedir. “Məktəbin həyətinin təmiz olmasına baxmayaraq, biz bu zibillikdən keçmək məcburiyyətindəyik. Heç bir aidiyyəti qurum buna baxmır. Yaşayış binasının önündə zibil qabı yoxdur deyə, hər kəs əlinə keçəni buraya atır. Hətta spirtli içki şüşələrini belə, – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyindən  sorğusuna cavab olaraq bildirildi ki, ərazi artıq tullantılardan təmizlənib.

“Həmin ərazidə tərəfimizdən təmizlik işləri aparıldı. Ərazini nəzarətimizdə saxlayacağıq. Amma bəzən vətəndaşlar da əllərindəki zibili zibil qutularına qədər aparmağa tənbəllik edib birbaşa əraziyə atırlar”, – deyə məlumatda bildirilib.

Oxu.Az

Избранный
4
3
xalq.az

4Источники