RU

Tramp Ukrayna ilə bağlı vədinə xilaf çıxdı: Münaqişəni 24 saata bitirməyi...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq Ukraynadakı münaqişəni 24 saata bitirməyi planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Onlardan biri deyib ki, Tramp komandası güclü görünmək fikrinə aludə olub, ona görə də Ukraynaya yanaşmalarını yenidən nəzərdən keçirirlər.

İtaliyanın baş naziri Corciya Meloninin sözlərinə görə, Avropa ABŞ-ın növbəti prezidentini danışıqlardan əvvəl Kiyevi gücləndirməyə razı sala bilər.

Əvvəllər bildirilirdi ki, Tramp prezidentliyinin ilk günündə həyata keçirmək niyyətində olduğu vədlər arasında ən çox Ukrayna münaqişəsinin həllini qeyd edib.

Избранный
8
publika.az

1Источники