RU

KTMT-dən Ermənistan-ABŞ strateji tərəfdaşlığına reaksiya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi ilə bağlı məlumatı şərh edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, strateji tərəfdaşlıq sənədini qiymətləndirmək üçün müvafiq sənədlərin məzmunu ilə tanış olmaq lazımdır.

"Vaşinqtonla belə tərəfdaşlığın yaradılması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur. Lakin bərabər və bölünməz təhlükəsizlik prinsipinin əsas götürülməsi vacibdir, yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklər üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır", - deyə KTMT Katibliyi əlavə edib.

Избранный
7
2
sabahinfo.az

3Источники