Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb.
Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir.
Virusa yoluxanlar, adətən, yüksək hərarət, baş və əzələ ağrılarından şikayətlənirlər.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, həddən artıq maye itkisi yoxdursa, virusların müalicəsi sadəcə simptomatikdir:
“Əgər qızdırma yüksəkdirsə, bunu dərmanlarla salırıq. Qusması varsa, qusma əleyhinə dərmanlar istifadə edirik. Viruslardan qorunmaq üçün sadəcə gigiyenik təmizlik vaistələrindən istifadə edərək, əlləri təmiz saxlamaq lazımdır. Hər bir infeksiyanın təhlükəsi var. Ağırlaşma müşahidə olunarsa, halsızlıq və yorğunluq davam edərsə, mütləq həkimlərə müraciət etsinlər. Yaxşı olar ki, valideynlər xəstə uşaqları məktəb və ya bağçaya göndərməsin”.
Sevinc