"Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən K.Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub.