Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Mollacəlilli kənd sakini, 2009-cu il təvəllüdlü Ə. Məmmədov bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb. 16 yaşlı gəncin vəziyyətinin stabil olduğu bildirilir. İlkin ehtimallara görə, Ə. Məmmədov mübahisə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu