RU

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən (ASC) ki, ötən ilin oktyabr ayından indiyə qədər 223 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bu rəqəm hər gün artmaqdadır.

Qeyd olunub ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdiyi nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, təsdiqedici sənədlər üzrə ərizəçilərə 140 min manatdan çox birdəfəlik ödəniş verilmiş, o cümlədən yerli istehsal yeni nəqliyyat vasitəsinin satışı üzrə 25 000 manat güzəşt tətbiq edilib.

"Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindən seçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvil verilməlidir.

Hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator “Fors” MMC nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərində həyata keçirir. Bununla yanaşı, reyestrdə qeydiyyat üçün müraciət etmiş ərizəçilərin müraciətləri də baxılmaqdadır. Gələcəkdə regionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur", - məlumatda vurğulanıb.

© Trend

Избранный
4
4
valyuta.az

5Источники