RU

ABŞ Konqresi Qrenlandiyanın alınması ilə bağlı qanun layihəsi hazırlayıb

Reuters xəbər verir ki, ABŞ Konqresi Qrenlandiyanın alınması ilə bağlı qanun layihəsi hazırlayıb.

Qanunun qəbulu Ağ Evin gələcək rəhbəri Donald Trampa Danimarka ilə danışıqlara başlamağa imkan verəcək.

Aznews.az xəbər verir ki , sövdələşmə seçilmiş prezident vəzifəsinin icrasına başladıqdan sonra baş tuta bilər .

Razılaşmadan sonra Trampın sənədləri Konqresə təqdim etmək üçün beş gün vaxtı olacaq. Yanvarın əvvəlində siyasətçi bildirmişdi ki, Rusiya və Çinin təsirinə qarşı çıxmaq üçün Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır. Adanın alınması ideyası ilk dəfə 2019-cu ildə, Trampın ilk prezidentlik dövründə ortaya çıxdı. Qrenlandiya və Danimarka hakimiyyəti bu təklifi qeyri-ciddi adlandırıb.

Избранный
6
aznews.az

1Источники