RU

ABŞ Çin üzərində hava üstünlüyünü itirir - General

"ABŞ Qərbi Sakit okeanda Çin üzərində hava üstünlüyünü tədricən itirir. Yalnız ən son təyyarələri saysaq, onda üstünlük artıq çinlilərə məxsusdur".

Ölkə.Az "Aviationist"ə istinadən xəbər verir ki, briqada generalı Duq Uikertin hesablamalarına görə, cəmi iki ildən sonra Qərbi Sakit okeanda Çin müasir qırıcıların sayına görə ABŞ-ni 12 dəfə, beşinci nəsil təyyarələrdə isə 5 dəfə keçəcək. "Bölgədə 225 bombardmançı təyyarəsi ilə Çin Hərbi Hava Qüvvələri artıq burada liderdir", - general qeyd edib.

"Defense Express"in hesablamalarına görə, hazırda Çində xidmətdə bütün növə aid 2200-dən çox döyüş təyyarəsi var.
Lakin Amerika döyüş aviasiyası cəmi 3150 qırıcı, hücum təyyarəsi və bombardmançı təyyarələrə malikdir. Bu parametr Çinin deyil, ABŞ-nin üstünlüyünün olduğunu göstərir.

Qeyd edək ki, hazırda amerikalıların 370-dən çox F-15, 800-dən çox F-16, 900-dən çox F/A-18, 180-ə yaxın F-22, 630-dan çox F-35 və 200-dən çox A-10 hücum təyyarəsi var. 

ABŞ-nin Qərbi Sakit okeanda Çinin üstünlüyünü itirməsinə gəldikdə isə analitiklər hesab edir ki, Vaşinqtonun təyyarələrini yerləşdirməsi üçün sadəcə olaraq kifayət qədər hava bazasının olmaması ilə bağlıdır.

Mürtəza
Ölkə.Az

Избранный
15
olke.az

1Источники