RU

Yapon futbolçu rəsmən “Neftçi”də

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.

Избранный
7
36
futbolpress.az

10Источники