RU

İsrail hərbçiləri döyüşdən imtina etdi - Sensasion şərt

İsrail ordusunun 200-ə yaxın hərbçisi Qəzzada atəşkəs imzalanmayacağı təqdirdə xidmətdən imtina edəcəkləri barədə açıq məktub yayıblar.

Hurriyyet.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə AP-yə israilli əsgərlərdən biri deyib.

“Müharibə cinayəti törətmişəm və buna görə təəssüflənirəm. Qəzzada döyüşməkdən imtina edirik. Qəzzada gördüklərimizi qəbullanmaq uzun vaxt aldı. Hərbçilər hədiyyəlik əşya toplamaq üçün evləri qarət etdi”, - deyə o bildirib.

Qeyd edək ki, son günlər İsrail və HƏMAS nümayəndələri arasında vasitəçilərin iştirakı ilə Qəzzada atəşkəslə bağlı intensiv danışıqlar aparılır.

Избранный
4
2
hurriyyet.az

3Источники