RU

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu

Bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında yaradılan “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsə direktor təyin edilib.

Referans.az bildrir ki, TƏBİB-dən verilən məlumata görə, mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.

Qeyd edək ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

O, 1970-ci ildə Yardımlı rayonunun Canaxbulaq kəndində anadan olub. 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsili alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.

Eyni zamanda TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.

Избранный
3
28
turanpress.com

10Источники