"Sumqayıt"ın müdafiəçisi Sərtan Taşkın Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq qış fasiləsində komandanın hazırlığını dəyərləndirib.
- Qış fasiləsində bir yoxlama görüşündə meydana çıxdıq. "Araz-Naxçıvan"la matçda əsas məqsəd oyun yükü almaq idi. Nəticə vacib deyildi. Məncə, istədiyimizi meydanda edə bildik.
- Qış fasiləsi çox qısa çəkdi. Bu məqam futbolçulara necə təsir edir?
- Futbolçulardan soruşası olsanız hamısı belə daha yaxşı olduğunu deyəcək. Fasilə uzun olanda formadan düşürsən və yenidən bərpası zaman alır. Düzdü, fərdi məşq edirik, amma kollektiv çalışmaq başqadır.
- Cordan Rezabala və Rəhim Sadıxov komandada ayrıldı. Kasad heyətlə daha da güclənən rəqiblərə qarşı mübariz aparmaq çətin olmayacaq?
- Gedənlər barədə nəsə deyə bilmərəm. İnanıram ki, yeni transferlər olacaq. Maksimum yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq.
- Sizin də adınız gedənlər arasında yer alırdı. Ümumiyyətlə, belə bir fikrin olub?
- Mən də, rəhbərlik də bunu saytlardan oxuduq (gülür). Söhbətin niyə yayıldığını özümüz də bilmirik.
- Hər hansı təklif almışdın?
- Açığı, belə bir şey olmayıb.
- Vaqif Cavadovla 2,5 illik yeni anlaşma imzalandı. Müvəqqəti statusunun dəyişməsi sizə hansısa formada təsir edəcəkmi?
- Bizim üçün fərq etmirdi. Müvəqqəti baş məşqçi kimi gəldiyi ilk gündən yaxşı nəticəyə köklənmişik. Ağlımızda Vaqif müəllimin burada müvəqqəti olması kimi bir fikir yox idi.
XANOĞLAN İMANOV