RU

Ermənistan delimitasiya komissiyasının tərkibi dəyişdi

Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryanın yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib.

Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan başqa bir nazir müavini - Armen Simonyanla əvəzlənib.

Xatırladaq ki, Paşinyan daha əvvəl "Armenpress"ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini bildirib.

Son iclas isə 2024-cü il noyabrın 1-də baş tutub.

Milli.Az 

Избранный
7
10
milli.az

10Источники