RU

Basketbol: “Naxçıvan” “Abşeron”u da məğlub etdi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2004/2005-ci illər mövsümünün 9-cu turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, A qrupu çərçivəsində baş tutan yeganə oyunda “Naxçıvan” “Abşeron”la üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində keçirilmiş oyunda Naxçıvan təmsilçisi mövsümdə 8-ci qələbəsini qazanıb. İlk dövrədə üstünlük qazanan meydan sahibləri sonadək hesab arasındakı fərqi qoruyublar. Abşeronun eyniadlı təmsilçisi mövsümdə 6-cı məğlubiyyətini alıb.

Qeyd edək ki, sabah B qrupunun təxirə salınan oyunları keçiriləcək. “Şəki” “Gəncə”ni, “Sumqayıt” “Quba”nı qəbul edəcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 9-cu turdan təxirə salınmış oyun

14 yanvar

“Naxçıvan” – “Abşeron” 102:82 (34:21, 15:13, 17:27, 36:21)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 18. Naxçıvan – 18. Sərhədçi – 15. Neftçi – 14. Abşeron – 14. NTD – 10.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
5
9
arena.az

10Источники