RU

Spartak”dan ayrılan futbolçu ölkəsinə qayıtdı

Moskva “Spartak”ından ayrılan Villian Xosenin yeni klubu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı forvard karyerasını Braziliyanın “Bahia” klubunda davam etdirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, “Spartak” yanvarın 14-də braziliyalı ilə yolların ayrıldığını açıqlamışdı. Forvard son yay transfer pəncərəsində “Betis”dən “qırmızı-ağlar”a qoşulduqdan sonra Moskvada cəmi 6 ay qalıb. “Spartak”da Villian bütün rəsmi matçlarda cəmi bir qol vura bilib. Villian Xose, “Real Sosyedad”, “Betis” və digər klublarda çıxış edib.

Избранный
10
90deqiqe.az

1Источники