Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 1965-ci il təvəllüdlü Gülnarə Nəhmət qızı Qasımovanı vurub. G.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi yardım göstərilib və müalicəsi müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.