Mövsümün ikinci yarısı üçün hazırlığını davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Vaqif Cavadovun rəhbərlik etdiyi komanda MOİK-lə qarşılaşıb.
Sumqayıtda baş tutan qarşılaşmada Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıblar. Premyer Liqa təmsilçisinin qollarını Georgi Xaraişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçiriblər.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la qarşılaşmış “Sumqayıt” ilk yoxlama oyununda 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdi.