İstanbulda son sutkada saxta spirtli içkidən zəhərlənən 38 nəfər xəstəxanaya yerləşdirilib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkimlərin müdaxilələrinə baxmayaraq, onlardan 11-i ölüb.
Xəstəxanaya yerləşdirilən şəxslərdən 26-sı əcnəbi olub.
Faktla bağlı araşdırma aparılır.