Türkiyənin Manisa bölgəsinin Akhisar rayonunda iki fəhlə avtobusunun toqquşması nəticəsində 35 nəfər xəsarət alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.
Qəzada yaralanan işçilər hadisə yerində olan sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.
Toqquşma nəticəsində bir mikroavtobusda olan fəhlələrdən bəziləri avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilərin işi nəticəsində mikroavtobusda sıxılmış vəziyyətdə qalan işçilər avtomobildən çıxarılıb.
Qəzada yaralanan 35 nəfər hadisə yerində olan sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.
Xəsarət alanların həyati təhlükəsinin olmadığı bildirilib.
QAZİLER.AZ