RU

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sənədi imzalayıblar

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq komissiyasının Xartiyasını imzalanıb.

Day.Az-ın məlumatına görə, sənədi ABŞ-nin dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayıblar.

Komissiya bir sıra əsas sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədini daşıyır.

 

"Biz son illərdə, xüsusilə iqtisadi əlaqələr və tərəfdaşlıq sahəsində sıx əməkdaşlıq edə bilmişik", - Blinken imzalanma mərasimindən əvvəl deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, Xartiya geniş sahələri əhatə edir:

"Buraya iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiyaların və yüksək texnologiyaların stimullaşdırılması, həmçinin insanlar arasında əlaqələrin genişləndirilməsi daxildir. Biz ABŞ-nin Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına köməklik göstərməsini yüksək qiymətləndiririk. Sabit və firavan Cənubi Qafqaz bütün regional və beynəlxalq aktorların maraqlarına cavab verir".

Избранный
6
50
day.az

10Источники