RU

Media savadlılığına möhtac olan cəmiyyət » AzadMedia.az


Medianın İnkişafı Agentliyi yaranan gündən jurnalistlərin ixtisaslaşmasına, media savadlılığına çalışır. İnformasiya sahəsi mütəkkəb dönəmlərdən keçir desək, yanılmarıq.
Bugünkü informasiya əsrində media savadlılığı cəmiyyətin sağlam inkişafı üçün əsas şərtlərdən biridir. Təəssüf ki, çəkilən gərgin əməyə rəğmən media savadlılığı çatışmazlığı var və biz hər sahədə bunu hiss edir, görürük. İnformasiya bolluğu və müxtəlif mənbələrin çoxluğu ilə üzləşən insanlar üçün doğru xəbəri seçmək, manipulyasiya və dezinformasiyadan qorunmaq həyati əhəmiyyət daşıyır. Lakin bir çox cəmiyyətlərdə media savadlılığı səviyyəsi kifayət qədər yüksək deyil. Bu isə ciddi sosial və mədəni problemlərə gətirib çıxarır.
Media savadlılığı insanın müxtəlif media mənbələrindən gələn informasiyanı düzgün təhlil etmək, qiymətləndirmək və ondan şüurlu şəkildə istifadə etmək bacarığıdır. Bu bacarıq dezinformasiyanın təsirindən qorunmağa, tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməyə, sosial medianın düzgün istifadəsinə, şəffaf və ədalətli cəmiyyət qurmağa kömək edir.
Media savadlılığının zəif olduğu cəmiyyətlərdə insanlar tez-tez yanlış məlumatların təsiri altına düşürlər. Bu isə bir sıra problemlərə səbəb ola bilər. Bugünkü gün sosial şəbəkələri izləyəndə nə görürük?
Dezinformasiya və manipulyasiya siyasi və sosial məsələlərdə cəmiyyəti yanlış yönləndirə bilir.
Qütbləşmə hallarına da çox rast gəlinir. Yalan məlumatlar cəmiyyətdə ziddiyyətlərin və qarşıdurmaların yaranmasına səbəb olur.
İnsanlar mediada təqdim olunan hər bir məlumatı doğru kimi qəbul edir və təhlil etmədən hərəkət edirlər. Bu da tənqidi düşüncənin azalmasına səbəb olur.
Problemin həlli yolları hər birimizi düşündürməlidir.
Məktəblərdə, universitetlərdə və ictimaiyyət arasında media savadlılığı ilə bağlı təlimlər təşkil olunmalıdır.
Media savadlılığı mövzusu tədris proqramlarına daxil edilərək təhsil sistemində vacib mövzu kimi tədris edilməlidir.
Texnoloji biliklərin artırılması da mühüm amildir. İnsanlara sosial media alətlərindən və digər onlayn platformalardan düzgün istifadə etməyi öyrətmək lazımdır.
Texnoloji biliklərin artırılması bugünkü rəqəmsal dövrdə cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biridir. Xüsusilə sosial media alətləri və onlayn platformalar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu alətlərdən düzgün istifadə etməməklə bir çox problemlər ortaya çıxa bilər. Bu səbəbdən texnoloji biliklərin artırılması vacibdir.

Texnoloji biliklərin artırılmasında əsas məqsəd dezinformasiyanın qarşısını almaqdır. İnsanlara yanlış və ya manipulyativ məzmunu tanımağı və doğru mənbələri müəyyənləşdirməyi, sosial mediadan səmərəli istifadəni öyrətmək lazımdır. Sosial medianın yalnız əyləncə vasitəsi deyil, eyni zamanda bilik, iş və təhsil mənbəyi kimi də istifadə edilə biləcəyini cəmiyyətə aşılamaq lazımdır.
Şəxsi məlumatların qorunmasına diqqət yetirilməlidir. İnsanlara kiber təhlükəsizlik qaydalarını və onlayn məxfilik prinsiplərini öyrətmək lazımdır.
Onlayn təlim resurslarından səmərəli şəkildə istifadə etməyi təbliğ etmək lazımdır.
Burda rol model seçimi faydalıdır: Tanınmış şəxslərin sosial mediadan necə düzgün istifadə etdiyini nümayiş etdirməklə gəncləri maarifləndirmək olar.
Valideynlərin maarifləndirilməsi də əsas şərtdir. Gənclərin texnologiyadan təhlükəsiz istifadəsini təmin etmək üçün valideynlərə də təlimlər keçmək lazımdır.
Sosial mediadan düzgün istifadəni təşviq etməyin faydalarından maksimum iştirak etmək lazımdır. Fərdlərin və cəmiyyətin məlumatlılıq səviyyəsinin artması üçün onlayn platformalarda etik davranış qaydalarının yayılması, şəxsi təhlükəsizliyin təmin olunması vacibdir.
Nəticədə informasiya əsasında doğru qərarlar qəbul edən cəmiyyətin formalaşmasına nail olarıq.
Texnologiya bir alətdir, lakin onun effektiv və təhlükəsiz istifadəsi üçün maarifləndirilmiş cəmiyyətə ehtiyac var. Texnoloji biliklərin artırılması ilə insanlar yalnız informasiya istehlakçısı deyil, eyni zamanda yaradıcı və məsuliyyətli istifadəçilər də ola bilərlər.
Media qurumlarının məsuliyyətli fəaliyyəti cəmiyyətin düzgün məlumatlanmasına fayda verə bilər. Media orqanları dəqiq və obyektiv informasiya təqdim etməkdə məsuliyyət daşımalıdırlar.
Media savadlılığı yalnız fərdi deyil, bütöv cəmiyyətin inkişafı üçün zəruridir. Bu savadlılıq səviyyəsi yüksəldikcə, insanlar daha məlumatlı, azad və ədalətli qərarlar verə bilən bir cəmiyyət formalaşdıracaq. Cəmiyyət olaraq bu mövzuya daha çox diqqət yetirməli və hər kəsi media savadlılığı istiqamətində maarifləndirməliyik.
Agentlik bunun üçün çox çalışır. Hədəfə nail olacaqmı, bunu zaman göstərəcək.
Elnurə Abuşova
Избранный
4
1
azadmedia.az

2Источники