RU

Nazirlik Hafiz Hacıyevi ifşa etdi: bu qədər pensiya alırmış

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev saytımıza açıqlamasında pensiya və təqaüd almadığını deyib.

“Hər şeydən məhrumuq. Ümumxalq partiyasının elə bil düşməniyik. Bizə heç nə düşmür. Bizə yad planetdən gələn insan kimi baxırlar. Qəmbərov İsaya 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?", - 68 yaşlı partiya sədri bildirib.

Modern.az sözügedən iddia ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Hacıyev Hafiz Ələmdar oğlunun pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

"Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və pensiya ödənişlərində hər hansı bir problem olmayıb. Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb", - açıqlamada deyilir.

Избранный
6
12
turkustan.az

10Источники