RU

ABŞ Kubanı terrora sponsorluq edən ölkələr siyahısından çıxara bilər

Bakı, 15 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin administrasiyası Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ administrasiyası nümayəndələrinə istinadla məlumat yayıb.

Agentlik qeyd edir ki, bununla bağlı Amerika hakimiyyəti müvafiq açıqlama verə bilər.

Birləşmiş Ştatlar 1961-ci ildə adadakı Amerika mülkiyyətinin milliləşdirilməsinə cavab olaraq Kuba ilə diplomatik əlaqələri kəsib və bundan sonra ticarət və iqtisadi embarqo elan edib. 2014-cü ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Barak Obama Vaşinqtonun Kuba ilə bağlı əvvəlki siyasətinin nəticə vermədiyini etiraf edib və ikitərəfli əlaqələrin normallaşdırılması, sanksiyaların yumşaldılması istiqamətində addım atdığını bəyan edib. 2015-ci ildə Obama administrasiyası Kubanı ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxardığını elan edib.

İki ölkə arasında yaxınlaşma 2017-ci ilin yanvarında respublikaçı Donald Trampın ABŞ administrasiyasına rəhbərlik etməsindən sonra dayanıb. Tramp administrasiyası Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına salıb.

Избранный
7
azertag.az

1Источники