RU

“Hər kəsə pivə alacağam!” - Klopp

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə “Mançester Siti”nin titullarından məhrum ediləcəyi və “mersisaydlılar”ın çempion kimi tanınacağı təqdirdə, Mayorka adasındakı bağında ziyafət verəcəyini deyib.

“Qafqazinfo” bu barədə ESPN nəşrinə istinadən xəbər verir.

“Mən klubdan gedəndə bu müzakirəni apardıq. Malyorkada çox vaxt keçirməmişəm, çünki həmişə harasa uçuram. Amma bu dediklərim baş verərsə, ziyafət verəcəyəm. Gəlmək istəyən olsa, sadəcə Mayorkaya uçuş sifariş etsin. Hər kəsə pivə alacağam! Bağımda öz paradımız olacaq. Nəyi qeyd etməyi planlaşdırırıqsa, onu da edəcəyik”, - Klopp bildirib.

Qeyd edək ki, alman mütəxəssis 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib.

Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. “Vətəndaşlar”ın əməlləri sübuta yetirilsə, klub xalların silinməsi və ya aşağı liqaya düşmə kimi ciddi sanksiyalarla üzləşə bilər.

Избранный
25
1
qafqazinfo.az

2Источники