Müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri fonunda Almaniya Ukraynaya verilən silahların siyahısını yeniləyib.
“Report” xəbər verir ki, bu, Almaniya hökumətinin saytında
Yeni paketə 20 MRAP zirehli maşını, 600 HF-1 zərbə PUA-sı, “Leopard 1” tankları üçün mərmi, 139 müxtəlif növ kəşfiyyat PUA-sı, 155 mm kalibrli 14 min artilleriya mərmisi, 122 mm kalibrli 19 min mərmi daxildir. Həmçinin 495 ədəd HK 416 avtomatı, 11 min mina, 65 binokl tədarük edilib.
Nazirlik vurğulayıb ki, 5 ədəd “Marder” PDM, 9 ədəd RCT-30 zirehli transportyoru, 18 ədəd RCH 155 tipli özüyeriyən artilleriya qurğusu tədarük prosesindədir.
Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Ukraynaya silah tədarükünün həcminə görə ikinci yerdədir. Berlin bu günədək Kiyevin hərbi dəstəyi üçün təxminən 28 milyard avro vəsait ayırıb və gələcək xərclər üzrə öhdəliklər götürüb. 2025-ci il üçün büdcə razılaşmasına əsasən, Almaniya Ukraynanın hərbi dəstəyi üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə azdır. Lakin büdcə hələ Bundestaq tərəfindən təsdiqlənməyib.