RU

Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq

Tramp

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp qurumlara federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq. “Bu tədbirlər ABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə kömək edəcək”, - deyə Trampın keçid komandasına yaxın mənbə bildirib.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Избранный
4
4
xalqcebhesi.az

7Источники