RU

“Qarabağ”dakı bu matçları 2024-cü ilin hadisələri adlandırdı

style='margin-bottom:10px;'>

Rusiyalı qapıçı Andrey Lunyov onun üçün 2024-cü ildə ən yaddaqalan hadisələrdən danışıb.

QOL.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində bildirib.

“Ötən il kifayət qədər məhsuldar, normal keçdi. 2024-cü ilin ən yadda qalan hadisələri isə yəqin ki, Avropa Liqasındakı oyunlar oldu. Əgər konkret danışsaq, o zaman "Bayer"lə matçları qeyd edərdim”.

Xatırladaq ki, 2024-cü ildə Avropa Liqasının 1/8 finalında o vaxt Lunyovun çıxış etdiyi "Qarabağ" "Bayer"ə ümumi hesabda uduzub. İlk matç 2:2 bitib, cavab görüşündə isə almanlar 3:2 hesabı ilə qalib gəlib.

2024-cü ilin yayında Ağdam klubu ilə müqaviləsi başa çatan 33 yaşlı Lunyov Moskvanın “Dinamoə klubuna keçib.

Избранный
6
teleqraf.com

1Источники