RU

Fransanın yeni Baş naziri iqtisadi artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransanın Baş naziri Fransua Bayru 2025-ci il üçün artım proqnozunu 1,1 faizdən 0,9 faizə endirib.

Banco.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən 13 dekabrda yeni Baş nazir kimi təyin olunan Fransua Bayru Parlamentin aşağı palatası olan Milli Məclisdə çıxışı zamanı ölkə iqtisadiyyatının artımına dair proqnozlarını açıqlayıb.

Bu il üçün artım proqnozlarının 1,1 faizdən 0,9 faizə endirildiyini bildirən Bayru 2025-ci ildə dövlət büdcəsi kəsirini Ümumi Daxili Məhsulun (ÜDM) 5,4 faizi səviyyəsinə çatdırmağa fokuslanacaqlarını qeyd edib.

Bayru iqtisadi sabitliyə yönəlmiş strateji yanaşma tətbiq edəcəklərini vurğulayaraq 2029-cu ilə qədər büdcə kəsirini Avropa İttifaqının (Aİ) 3 faiz hədəfinə çatdırmaqla bağlı qərarlı olduqlarını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
9
banco.az

1Источники