RU

Bedia Ener Öztep kimdir? –Tanış olduqdan 11 gün sonra evlənən aktrisa

Ölümü ilə bütün türk dünyasını kövrəldən Türkiyənin məşhur aktrisası Bedia Ener Öztep oğlu demişkən mələk oldu. 

Aktrisanın oğlunun anasının adından sosial şəbəkədəki bu paylaşımı hamını duyğulandırıb: "Əlvida, mən mələk oldum".

Milli.Az türkiyəli aktrisa Bedia Ener Öztep barədə məlumatı paylaşır.

- Bedia Ener Öztep kimdir?

- Bedia Ener Öztep türk teatr, kino və serial aktrisası, dublyaj sənətçisidir.

- Bedia Ener Öztep nə zaman və harada anadan olub?

- Bedia Ener Öztep 15 iyun 1954-cü ildə İstanbulda anadan olub.

- Bedia Ener Öztep sənət həyatına nə zaman başlayıb?

- Bedia Ener Öztep 1968-ci ildə Bakırköy Xalq Evində aktyorluqla sənət həyatına başlayıb. 1970-ci ildə Şəhər Teatrları heyətinə qoşulub.

- Bedia Ener Öztep hansı teatrlarda çalışıb?

- Haldun Dormen Teatrı, Gazanfer Özcan Teatrı, Yeditepe Aktyorları və Asuman Dabak Teatrı kimi qruplarda çalışıb.

- Bedia Ener Öztep başqa hansı işlərlə məşğul olub?

- Bedia Ener Öztep eyni zamanda dublyaj sənətçisi idi. J. K. Roulinqin qələmə aldığı dünyaca məşhur Harri Potter adlı fantastik roman seriyasının filmlərində Professor Mak Qonaqall obrazını türk dilində səsləndirib.

- Bedia Ener Öztep ailəsində başqa kimlər aktrisa idi?

- Bedia Ener Öztepin anası Nedret xanım da aktrisa imiş. Ener ilk dəfə səhnəyə anası ilə birlikdə çıxıb.

- Bedia Ener Öztep ən çox hansı obrazı ilə yadda qalıb?

- Bedia Ener Öztep ən çox "Yaprak Dökümü" serialında Neyyir Hanım obrazı ilə tamaşaçıların yaddaşında qalıb.

- Bedia Ener Öztep "Yaprak Dökümü" serialı haqqında hansı fikirləri bildirib?

- Bedia Ener Öztep "Yaprak Dökümü" serialını çox gözəl və kədərlə xatırladığını bildiririb: "Çünki o serial insandan bəhs edirdi. İnsanın ruhundan, onun ağrılarından danışırdı. Tapançası, tüfəngi olmayan serial idi. "Yaprak Dökümü" hələ də yayımlanır və mən ona hər dəfə baxanda dərindən köks ötürüb "necə gözəl imiş" deyirəm. O serialda baş verənlər hamısı real insan həyatları, günlük həyatımızda olub".

- Bedia Ener Öztepin hazırda çəkilən seriallara münasibəti necə idi?

- Bedia Ener Öztep qeyd edirdi ki, hər şey çox korlanıb və pozulub: "Artıq seriallar insanlardan deyil, başqa cür münasibətlərdən bəhs etməyə başlayıb. Hər şey getdikcə öz dadını itirir. Seriallar insan həyatından çox uzaqlaşıb".

- Bedia Ener Öztepin ailə vəziyyəti necə idi?

- Bedia Ener Öztep Çetin Özteplə evil idi və bir oğlu var.

- Bedia Ener Öztep necə ailə qurmuşdu?

- Bedia Ener Öztep çetin Özteplə tanış olduqdan 11 gün sonra evlənmişdi.

- Bedia Ener Öztepin hansı xəstəliyi var idi?

- Bedia Ener Öztep uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bu haqa bir müsahibəsində bildirib:

"Saçlarımın kəsilməsinin səbəbi xəstəliyimdir. Xərçəng oldum. Sinəm amputasiya olundu. Kimyaterapiya aldım. Keçdi, getdi... Saçlarım mənə qayıtdı! Mən bu xəstəliyi yaşamamış olsaydım, qısa saçın mənə bu qədər yaraşdığını, saçlarımın nə qədər gözəl ağardığını anlamayacaqdım, çünki həmişə boyayırdım. Buradan da bunu anladım ki, insanların ən gözəl tərəfləri təbii tərəfləridir. Özümüzü olduğumuz kimi qəbul etməliyik."

- Bedia Ener Öztep ən son hansı serialda rol alıb?

- Bedia Ener Öztep ən son "Ada Masalı" serialında Aliye obrazını canlandırıb.

- Bedia Ener Öztep hansı həyat tərzini sevirdi?

- Bedia Ener Öztep və həyat yoldaşı karavan həyatını çox sevirmiş. Cütlüyün 26 ildir ki, karavanı varmış. Bedia Ener ilin böyük bir hissəsini Bodrumda, karavanında keçirirmiş.

- Bedia Ener Öztep səsləndirmələrini harada edirdi?

- Bedia Ener Öztep həm evinin bir otağını, həm də karavanının bir hissəsini səsləndirmə işi üçün kiçik bir studiyaya çevirmişdi.

- Bedia Ener Öztep nə zaman vəfat edib?

- Bedia Ener 14 yanvar 2025-ci ildə 70 yaşında vəfat edib. /lent.az

Milli.Az

Избранный
9
milli.az

1Источники