RU

Juninyo tibbi müayinədən keçdi, debüt matçı bilindi

style='margin-bottom:10px;'>

"Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo Braziliya klubunda  tibbi müayinədən keçib.

QOL.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

28 yaşlı hücumçunun ilk üç rəsmi oyunda iştirak etməyəcəyi də bildirilib.  Komandanın ABŞ-dakı təlim-məşq toplanışına qatılmayan Juninyo "Flamenqo" Braziliyaya qayıtdıqdan sonra kollektivə qoşulacaq.

Juninyonun "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcəyi, yanvarın 25-də isə "Volta Redonda" ilə görüşdə debüt edəcəyi bildirilib..

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"da çıxış edən Juninyo bu müddətdə 80 oyun keçirib, 42 qol vurub və 4 məhsuldar ötürmə edib. O. 5 milyon avro qarşılığında "Flamenqo"ya transfer edilib.

Избранный
5
1
teleqraf.com

2Источники