RU

Prezident həbs edildi

Cənubi Koreya tarixində ilk dəfə olaraq devrilmiş prezident Yun Seok-yeol həbs edilib. O, fitnə-fəsad törətməkdə ittiham olunur. Vətəninfo.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Məlumata görə, maşınlarından birinin prezident Yun Seok Yeol olduğu güman edilən kortej prezident iqamətgahını tərk edərək yüksək vəzifəli şəxslər arasında korrupsiya cinayətlərinin araşdırılması departamentinə yollanıb.

Öz növbəsində Yun Seok Yeolun tərəfdarları bəyanat yayaraq, prezidentin toqquşmaların və qan tökülməməsi üçün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğunu vurğulayıblar. Bununla belə, o, barəsində başlanmış istintaqı qanunsuz hesab edir.

Избранный
3
veteninfo.az

1Источники