RU

Tropik bölgələr qrip viruslarının təkamülünü sürətləndirir

Alimlər aşkar ediblər ki, tropik bölgələr qripin yeni ştammlarının əsas mənbəyidir.

Fins.az xəbər verir ki, Amsterdam Universitetinin “Nature Communications” jurnalında dərc olunan araşdırmasına əsasən, qrip virusunun yeni ştammlarının 80%-dən çoxu Afrika və Cənubi Amerikanın tropik bölgələrində formalaşır.

Alimlər iqlim şəraitinin, əhalinin sayının və miqrasiya axınının virusların təkamülünə təsirini öyrənmək üçün kompüter modellərindən istifadə ediblər. Tədqiqat müəyyən edib ki, infeksiyaların daimi dövranı, yüksək əhali sıxlığı və fərqli fəsillərin olmaması tropiklərdə virus mutasiyaları üçün ideal mühit yaradır.

H1N1 virusuna xüsusi diqqət yetirilib. Müəyyən edilib ki, son iki onillikdə bu virusun yeni ştamlarının təxminən 85%-i daimi temperatur şəraitinin infeksiyaların davamlı yayılmasına və mutasiyaların sürətlənməsinə kömək etdiyi tropik zonalarda yaranıb.
Araşdırmanın rəhbəri, professor Yohannes van der Broek bu kəşflərin pandemiyadan qorunma strategiyalarını təkmilləşdirməyə kömək edəcəyini vurğulayıb. O, yeni virus ştammlarının yaranmasının proqnozlaşdırılması üçün miqrasiya axınlarını və iqlim dəyişikliyini nəzərə almaq zərurətini qeyd edib.

Избранный
9
fins.az

1Источники