RU

Yeni format şagirdlərin hazırkı bilik və bacarıqlarına uyğun gəlməyə bilər.

Bu il buraxılış imtahanı modelində edilən dəyişiklik, xüsusilə, 9-cu sinif şagirdlərindən xarici dildə esse yazmağı tələb edən yeni format şagirdlərin hazırkı bilik və bacarıqlarına uyğun gəlməyə bilər. Esse yazmaq yalnız dil qaydalarını bilmək deyil, həm də yaradıcı və məntiqi düşüncə, fikri strukturlaşdırma bacarıqları tələb edir. Təəssüf ki, indiki dövrdə çox az şagird bu tələbləri qarşılayacaq səviyyədədir.

Şagirdlərin zəif söz ehtiyatı, yazılı ifadə və məntiqi düşünmə bacarıqlarının çatışmazlığı ciddi narahatlıq yaradır. Əvvəlki illərdə yüksək nəticə göstərən şagirdlərin belə, bu yeniliyə uyğunlaşması çətin ola bilər. Bu, buraxılış imtahanlarında 300 bal toplayanların sayında əhəmiyyətli azalmaya səbəb ola bilər.

Bu dəyişikliklər həm şagirdlər, həm valideynlər, həm də müəllimlər arasında narahatlıq yaradıb. Əgər bu tələblər 11-ci sinif buraxılış imtahanlarına da tətbiq edilərsə, şagirdlərin ümumi göstəriciləri daha da zəifləyə bilər. Təhsil ictimaiyyəti haqlı olaraq bu məsələyə diqqət yetirməli və mövcud problemləri həll etmək üçün təcili tədbirlər görməlidir.

Yeniliklər məqsədəuyğun olsa da, onları tətbiq etməzdən əvvəl mövcud vəziyyətin real təhlili aparılmalı, şagirdlərin bu tələblərə hazırlanması üçün effektiv mexanizmlər qurulmalıdır. Əks halda, bu dəyişikliklər təhsildə daha böyük bərabərsizliklərə və şagirdlərin motivasiyasının azalmasına səbəb ola bilər. Gələcəyimizi formalaşdıran şagirdlərin uğurlarını təhlükə altına qoymayaq!

 

 

Избранный
6
tehsil.biz

1Источники