RU

"Yapı Kredi Bank Azərbaycan"ın maliyyə vəziyyət bəlli olub - Hesabat

"Yapı Kredi Bank Azərbaycan" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü illə müqayisədə 3.1% və ya 373 min manat artaraq 12 milyon 375 min manat təşkil edib. 2023-cü ildə bank 12 milyon 2 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 30.5% artaraq 46 milyon 438 min manat, faiz xərcləri isə 2.7 dəfə artaraq 6 milyon 608 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 25 milyon 631 min manat ( illik müqayisədə 10.8% çox ), qeyri-faiz xərcləri isə 45 milyon 685 min manata ( illik müqayisədə 12.9% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 19 milyon 775 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 25.3% çoxdur.

Ötən il bankın aktivləri 41.9% və ya 215.5 milyon manat artaraq 730 milyon 362 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8.8% artaraq 317 milyon 588 min manata çatıb.

Bu dövrdə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi öhdəlikləri 620 milyon 417 min manat təşkil edib ki, bu da illik müqayisədə 48.8% və ya 203.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 45.8% və ya 168 milyon manat artaraq 534 milyon 754 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 18.7% və ya 16.8 milyon manat artaraq 106 milyon 767 min manat, hüquqi şəxslərin depozitləri isə 54.7% və ya 151.3 milyon manat artaraq 427 milyon 986 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 11 milyon 965 min manat artaraq 109 milyon 945 min manat təşkil edib.

Избранный
9
2
apa.az

5Источники