Almaniya Ukraynaya zirehli texnikalar, pilotsuz uçuş aparatları (PUA) və döyüş sursatlarından ibarət yeni hərbi yardım paketi ayırıb.
“Poliqon” xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Yeni hərbi yardım paketinə daxildir:
20 ədəd MRAP tipli zirehli nəqliyyat vasitəsi;
“Leopard 1” tankları üçün döyüş sursatları;
14 min ədəd 155 mm-lik və 19 min ədəd 122 mm-lik artilleriya mərmisi;
50 ədəd “Vector”, 46 ədəd RQ-35 HEIDRUN və 43 ədəd SONGBIRD kəşfiyyat PUA-sı;
600 ədəd HF-1 dronu və s.