RU

Azərbaycan klubu Tacikistan yığmasının hücumçusunu transfer etdi - SON DƏQİQƏ

Tacikistan millisinin hücumçusu Şervoni Mabatşoev karyerasını Azərbaycanda davam etdirəcək.

Premyer Liqada qalmaq uğrunda mübarizədən qopmaq istəməyən «Kəpəz» onunla anlaşıb.

Asiyalı forvard ya bu gün, ya da sabah ölkəmizə təşrif buyuracaq.

24 yaşlı ön xətt oyunçusu indiyədək ölkəsindən kənara çıxmayıb. Düşəmbədə dünyaya göz açmış Şervoni futbolda ilk addımlarını yerli «İstiklol»da atıb.

2017-18-ci illəri «Barkçi Hisor»da keçirmiş hücumçu növbəti iki mövsümdə «ÇSKA-Pamir»in uğurları üçün tər töküb.

2021-ci ildən bu yana «İstiklol»un formasını geyinir.

O, 2018-ci ildən Tacikistanın əsas yığmasına dəvət alır. Ötən müddətdə 29 oyuna çıxıb, 6 qol vurub.

SPORTİNFO.AZ

Избранный
9
sportinfo.az

1Источники