RU

Rusiya iqtisadiyyatı üçün ağır il: Tramp iqtidarının əsas prinsiplərindən biri odur ki…

3 il əvvəl Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda Avropada qaz fantastik dərəcədə bahalaşaraq, təxminən 250 dollardan 3500 dolara qədər yüksəldi. Avropanın Rusiya qazından asılı olmaması üçün isə üzv ölklər tərəfindən alternativ sxemlər, xüsusən LNG idxalı hesabına özlərinin qaz infrastrukturunu yeni şərtlərə uyğunlaşdırdılar.

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, 2024-cü ildə AB-nin qaz istehlakı 2017-2021-ci illərin orta istehlak göstəricindən 20% az olub. İstehlakın bu cür kəskin azalmasına alternativ enerjinin rolunun artması ilə yanaşı, enerji mənzil-kommunal və nəqliyyat sektorunda effektivliyi layihələrinin sürətlə tətbiqi də ciddi miqyasda təsir edib.

Tramp dönəmində Avropanın ABŞ-dən qaz idxalı arta bilər?

İqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2021-ci ildən sonra Amerika enerji dominantlığı layihəsinin icrası müəyyən qədər zəiflədi.

Onun sözlərinə görə, Trampın yenidən hakimiyyətə gəlməsi nəticəsində bu layihələrin davam etdirilməsi gözlənilir:

"2017-2021-ci illərdə ABŞ prezidenti Donald Trampın əsas strateji siyasəti mövcud idi. Bu, xüsusilə də enerji daşıyıcıları ilə bağlı olan məsələ idi. ABŞ-də enerji dominantlığı proqramı qəbul edildi və ABŞ Avropaya öz qazını almağı təklif edirdi. Hətta bu istiqamət üzrə kifayət qədər irəliləyişlərə nail olunmuşdu. Burada əsas məqsəd Avropanın Rusiya qazından asılılığını azaltmaqdan ibarət idi. 2024-cü ildə olduğu kimi, 2025-ci ilin birinci yarısında da Rusiya qazının idxalı ilə bağlı kəskin artımlar gözlənilir. Bu artımdan sonra toplanmış rezervlərdən növbəti illərdə istifadə olunacaq. Nəticə etibarilə Rusiya qazından asılılıq aradan qaldırılacaq və ya kifayət qədər zəiflədiləcək. Bu ildən etibarən Rusiyanın satdığı qazın qiyməti ilə bağlı tətbiq edilən limitlər, eyni zamanda Rusiya qazından imtina məsələsi gündəmdə olacaq".

İqtisadçı hesab edir ki, istənilən halda bu addım fonunda həm Avropanın Rusiya qazından asılılığı bitəcək, həm də ABŞ-nin Avropaya qaz satışları yüksələcək.

"Bu il Rusiyanın iqtisadi olaraq neft və qaz gəlirləri kəskin şəkildə azalacaq. Trampın prezidentlik dönəmində gözlənilən əsas tezislərdən biri Rusiyanın iqtisadi cəhətdən Avropa üzərində təsirlərini azaltmaq, o cümlədən Rusiya neft və qazının dünya bazarlarına çıxışını maksimum səviyyədə məhdudlaşdırmaqdır. Hətta Rusiya qazının maya dəyərindən də aşağı qiymətə satışına nail olmaqdır. Təbii ki, bu, Rusiya iqtisadiyyatı üçün ciddi fəsadlar yarada bilər. Belə ki, ÜDM həcmində yarıbayarı azalma, Rusiya valyutasının zəifləməsi və Rusiyanın gəlirləri azala bilər. Bu kontekstdə Rusiya-Ukrayna münaqişəsində uzunmüddətli və dayanıqlı savaş strategiyası mümkün olmayacaq", - deyə müsahibimiz qeyd edib.

Razi Abasbəyli: Bu il də Rusiya qazının idxalı ilə bağlı kəskin artımlar gözlənilir

R.Abasbəylinin proqnozuna görə, 2025-ci il Rusiya iqtisadiyyatı üçün ağır, 2026-cı il isə çox fəlakətli dövr olacaq:

"Tramp iqtidarının əsas prinsiplərindən biri odur ki, Rusiya, İran və Çinin iqtisadiyyatı məhdudlaşdırılsın. Eyni zamanda Avropa iqtisadiyyatına əsasən ABŞ nüfuz edə bilsin. Yanvarın 20-dən sonra Trampın adminstrasiyası bu hədəfləri reallaşdırmağa başlayacaq".

Gülşən Şərif

Избранный
3
bakivaxti.az

1Источники