RU

Juninyo Braziliyada tibbi müayinədən keçdi: Lakin…

“Qarabağ”ın futbolçusu Juninyo “Flamenqo”da tibbi müayinədən keçib.

Ulusal.az xəbər verir ki, nəticələr hazırda ABŞ-də təlim-məşq toplanışında olan nümayəndə heyətinə göndərilib. Bu barədə “Globo” məlumat yayıb.

28 yaşlı hücumçu komandanın təlim-məşq toplanışına qatılmayacaq. Çünki “Flamenqo” yanvarın 19-da Braziliyaya dönəcək. Futbolçunun transferi rəsmiləşmədiyindən və sənədləri hazır olmadığından, bu, mümkün olmayıb.

Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək və məşqlərə başlayacaq. Onun yanvarın 25-də “Volta Redonda” ilə görüşdə debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, “Flamenqo” bu transferə görə “Qarabağ” hissə-hissə 5 milyon avro ödəyəcək. Futbolçunun özü ilə 4 illik müqavilə imzalanacaq. Onun bir mövsüm üçün məvacibi 2 milyon avro olacaq.

Избранный
2
1
moderator.az

2Источники