
“SpaceX” türk pilotsuz təyyarə istehsalçısı “Baykar”ın iştirakı ilə yaradılmış “Fergani Space” şirkətinin ilk peykini orbitə çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, “FGN-100-d1” peyki “SpaceX”in “Falcon 9” raketi ilə “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.
Agentliyin məlumatına görə, buraxılış ABŞ-dəki Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.
Orbitə buraxılan ilk türk peyki qlobal mövqe təyinetmə sistemi yaratmaq üçün hazırlanıb.