Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.
Teleqraf.com-un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərinə görə, Agentlik tərəfindən avtobus zolaqlarının istifadəsi genişləndirilir:
"Mərhələli şəkildə digər ünvanlarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb".
Müəllif: Teleqraf.com