Olaylar.az Türkiyə mediasına istinadla xəbər verir ki, şirkətin törəmə qurumu olan Fergani Space tərəfindən hazırlanan "FGN-100-d1" adlı peyk SpaceX-in Transporter-12 missiyası çərçivəsində orbitə göndərilib.
Peyk 131 digər faydalı yüklə birlikdə ABŞ-ın Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələri Bazasından Falcon 9 raketi vasitəsilə uğurla buraxılıb.
Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar bu uğurun təxminən 20 illik hədəflərin nəticəsi olduğunu bildirib:
"Biz hədəflərimizi daha da irəli apararaq kosmos araşdırmalarına start verdik. Fərqani layihəsi ilə qlobal yerləşdirmə sistemini inkişaf etdirmək və kosmos texnologiyalarında öncül olmaq əsas məqsədimizdir", - deyə Bayraktar qeyd edib.
Bu uğur Baykar şirkətinin kosmos sənayesində yeni bir mərhələyə keçid etdiyini göstərir və gələcəkdə daha böyük layihələrin həyata keçiriləcəyinə işarədir.