RU

Rusiya ilə saziş hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur - İran XİN

İran prezidenti Məsud Pezeşkiyanın Moskvaya səfəri zamanı Rusiya və İran arasında imzalanacaq hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.

Herbiand.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, bu, hərtərəfli sazişdir: "Amma hərbi ittifaq yaratmaq məqsədi daşımır”.

Pezeşkian yanvarın 15-də Tacikistana səfər edəcək və iki gündən sonra isə Rusiyaya gələcək.

Kremldən bildirilib ki, saziş yanvarın 17-də Putin və Peşekyan arasında aparılan danışıqlardan sonra imzalanacaq.

İran səfiri Kazem Cəlali söyləyib ki, saziş 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Onun imzalanması ötən il prezident İbrahim Rəisinin təyyarə qəzasında həlak olması səbəbindən ləngiyib. Putin 2024-cü ilin sentyabrında Xarici İşlər Nazirliyinin hazırladığı sənəd layihəsini təsdiqləyib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники