İranda ermənilərə məxsus MiranPresss “Telegram” kanalı xəbər verir ki, bədnam iranlı ekspert Ehsan Movəhhediyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib:
“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranın kəşfiyyat xarakterli hesab etdiyi Avropa İttifaqı missiyası ilə bağlı gözləntilərini dilə gətirib və İrəvana iki ölkə arasında müdafiə sazişi imzalamağa, o cümlədən İran silahlı qüvvələrinin yerləşdirilməsi yolu ilə təhlükəsizlik zəmanəti almağa razı olmasını təklif edib.
- Təbiidir ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda Zəngəzur dəhlizi məsələsi ilə bağlı olan təhlükəsizlik məsələlərini, habelə İran-Ermənistan sərhədinin qorunmasının zəruriliyini müzakirə edə bilər.
visiontv.az