RU

"Körpə qatilinə əfv yoxdur" - Ərdoğandan Öcalana

Xəbər verdiyimiz kimi, Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri və ömürlük həbs cəzası alan Abdullah Öcalan tərəfdarlarına müraciət edərək silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra biləcəyi barədə məlumat yayılıb. Bunun fonunda Türkiyənin DEM Partiyası terror lideri Abdullah Öcalanın ev dustaqlığına buraxılmasını irəli sürüb. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə son görüşündə gündəmə gətirilən söz-söhbətə aydınlıq gətirib. 

Ərdoğan Öcalanın həbsdən azad edilməsi iddialarına cavab olaraq,  "Ev dustaqlığı yoxdur. Adamın özü azadlığa çıxmaq istəmir. Körpə qatili üçün əfv yoxdur", - deyib.

Həmçinin, Türkiyə lideri Ədliyyə naziri Yılmaz Tunca üz tutaraq “Bunu ictimaiyyətə izah edin!”, - deyə göstəriş verib. Ərdoğanın bu gün keçiriləcək AK Partiya qrup toplantısında yeni proseslə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.

Gülayə Mecid 

Избранный
13
50
unikal.az

10Источники